Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanına cəlb ediləcək zal nəzarətçiləri üçün təlim
AzerTAg.az

Bakı, 10 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Xüsusi növ imtahanların təşkili və idarə edilməsi üzrə sektorunun əməkdaşları tərəfindən təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarına cəlb ediləcək zal nəzarətçiləri üçün təlim keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirak edən nəzarətçilər Dövlət İmtahan Mərkəzinin “Zal nəzarətçiləri bazası”ndan müxtəlif meyarlar nəzərə alınmaqla seçilib.
Təlimdə qabiliyyət imtahanlarının xüsusiyyətləri haqqında geniş məlumat verilib, imtahanların təşkili və idarə edilməsi ilə bağlı praktiki işlər haqqında izahat aparılıb, imtahanın bütün mərhələlərini özündə əks etdirən slaydlar nümayiş etdirilib. Həmçinin imtahanda baş verə biləcək hallarla bağlı xüsusi tapşırıqlar qoyularaq fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Xəbərin mətnində orfoqrafik səhv var