Təsviri sənət üzrə müsabiqə elan olunub
AzerTAg.az
Bakı, 22 fevral, AZƏRTAC
Alp Təqaüdü Mükafatları “Vəhşi təbiət və sivilizasiya” mövzusunda təsviri sənət üzrə müsabiqə elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə rəsm, heykəltaraşlıq, video və instalyasiya daxil olmaqla bütün növ təsviri sənət işləri qəbul edilir.
Müsabiqənin şərtlərinə görə təqdim edilən əsər daha əvvəl hər hansı müsabiqədə qalib və ya iştirakçı qismində iştirak etmiş olmamalıdır. Müraciətlər anonim şəkildə dəyərləndiriləcək. Təqdim edilən əsərdə ad qeyd edilməməlidir.
Qalib gələn iştirakçı 2 min funt-sterlinq dəyərində pul mükafatı və İsveçin Fyelnes şəhərindəki (Fjällnäs) simpoziuma əsərin gətirilib quraşdırılması, eləcə də müəllifin səyahət xərcləri üçün 1000 funt-sterlinq maliyyə dəstəyi əldə edəcək. Bütün yemək və yaşayış xərcləri Alp Təqaüdü tərəfindən qarşılanacaq.
Müraciət etmək üçün rəsmi https://alpinefellowship.com/visual-art-prize ünvanına daxil olun.

Xəbərin mətnində orfoqrafik səhv var