DÜNYA


Texas ştatında 96 nəfər qrin-kart almaq məqsədilə saxta nikah bağlamaqda ittiham olunur

Vaşinqton, 15 may, AZƏRTAC

ABŞ-ın Texas ştatının hüquq-mühafizə orqanları Vyetnam vətəndaşlarının Birləşmiş Ştatlarda yaşamaq hüququ verən qrin-kart alması məqsədilə saxta nikah fırıldağında iştirak edən 96 nəfərə qarşı federal ittiham irəli sürüb.

AZƏRTAC xəbər verir ki, hakimiyyət orqanları əsas dələduz, Hyuston sakini Eşli Yen Nquyenlə ümumilikdə Texas və Vyetnam üzrə bir neçə nəfərin əməkdaşlıq etdiyini təsdiqləyirlər. ABŞ-ın Miqrasiya və gömrük qanunvericiliyinə əməl olunmasına nəzarət bürosunun nümayəndələri hesab edirlər ki, son 6 il ərzində Nquyen 150-dən çox saxta nikah təşkil edib. Büronun press-relizində bildirilir ki, hər “benefisiar-cütlük” Birləşmiş Ştatların tam daimi sakini statusuna görə Nquyenə 50-70 min ABŞ dolları verib. Nquyenlə fərdi razılaşmadan asılı olaraq, “benefisiarlar” onların əldə etdikləri hər mənfəətə görə müxtəlif məbləğdə pul ödəyirdilər. ABŞ-a giriş üçün, ölkənin şərti daimi sakini statusunu alan bəziləri Ştatların tam daimi sakini statusunu alanlardan daha az ödəniş edirdilər.

Miqrasiya xidmətinin nümayəndələri qeyd edirlər ki, fırıldaqçılığın həqiqətə uyğun olmasından ötrü təşkilatçılar “bəylə gəlinin” fotoşəkillərindən ibarət saxta toy albomlarını hazırlayır, həmçinin ABŞ-ın vətəndaşlıq və miqrasiya xidmətləri məsələləri üzrə büroya vergilər, kommunal xidmətlər və işçi statusu barədə saxta bəyannamələr haqqında məlumatlar göndərirdilər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.