DÜNYA


Texas ştatında qar fırtınası bir milyondan çox insanı elektriksiz qoyub

Bakı, 15 fevral, AZƏRTAC

ABŞ-ın Texas ştatında tüğyan edən qar fırtınası nəticəsində bir milyondan çox sakin elektriksiz qalıb.

AZƏRTAC Poweroutage.com portalına istinadla xəbər verir ki, ştatın 12 milyonluq əhalisindən 1 milyon 75 min nəfərinin elektrik təminatı hələ də bərpa edilməyib.

Texasın elektrik avadanlıqlarının etibarlılıq problemləri üzrə şurası (ERCOT) ştat ərazisində quraşdırılan külək qurğularının yarısının sıradan çıxdığını bildirib. Onların turbinlərinin donması 12 min meqavat elektrik gücünün itirilməsinə səbəb olub. Təbii fəlakət, həmçinin elektrik stansiyalarına qazın verilməsini də məhdudlaşdırıb.

Meksika körfəzi sahillərində yerləşən və donmaya məruz qalmayan külək qurğuları isə fırtına zamanı gözləniləndən daha çox enerji istehsal edir.

ABŞ-ın Milli Meteorologiya Xidməti fevralın 15-dən başlayaraq Texas ştatında havaların kəskin soyuyacağını proqnozlaşdırır. Ştat ərazisində havanın orta temperaturu mənfi 4 dərəcədən 26 dərəcəyə qədər enəcək. ABC telekanalının məlumatına görə, Hyuston şəhərində son 122 ilin ən soyuq günü gözlənilir. Şəhər polisi əlverişsiz hava şəraiti ilə əlaqədar 134 yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.