Texasda neft boru kəmərlərinin operatorları fors-major vəziyyət elan edib
AzerTAg.az
Bakı, 16 fevral, AZƏRTAC
Qeyri-sabit hava şəraiti Texasda neft hasilatının 1 milyon barreldən çox azalmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, ABŞ-da havaların kəskin soyuması xam neft istehsal edən müəssisələrin fəaliyyətinə təsir edib. Boru kəmərlərinin operatorları fors-major vəziyyət elan edib.
Bu proseslər fonunda “Brent” markalı xam neftin qiyməti son 13 ayın ən maksimumuna yüksəlib, “Light” neftinin qiyməti isə ötən ilin yanvarından bəri ilk dəfə 60 dollar/barreli keçib.
Bundan başqa, Səudiyyə Ərəbistanının könüllü hasilat məhdudiyyətləri nəticəsində neft qiymətləri cari ildə 20 faizdən çox artıb.
Qeyd edək ki, soyuq havalar Texasda elektrik sisteminə ziyan vurub, digər ştatlarda da elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xəbərin mətnində orfoqrafik səhv var