Texaslı respublikaçılar ştatın ABŞ-dan ayrılmasını gündəmə gətirirlər
AzerTAg.az
Bakı, 21 iyun, AZƏRTAC
Respublikaçılar partiyasının Texasdakı tərəfdarları gələn il ştatın ABŞ-dan ayrılması ilə bağlı referendum keçirilməsinə çağırıb.
AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, bu barədə Texas ştatından olan respublikaçıların qurultayında qəbul edilən yekun hesabatda deyilir.
“Biz Texasın qanunverici orqanını 2023-cü ildə keçiriləcək növbəti sessiyasında ştatın dövlət statusunun müəyyən olunması üzrə referendum keçirilməsi barədə qanun qəbul etməyə çağırırıq”, – deyə hesabatda bildirilir. Sənədə əsasən, federal hökumət Texasın ABŞ-dan ayrılmaq haqqını özündə saxlayan yerli özünüidarəetmə hüquqlarını pozur.
Bundan başqa, 5 minə yaxın respublikaçının iştirak etdiyi qurultayda demokrat Cozef Baydenin prezident seçildiyi son seçkilərinin nəticələri rədd edilib.

Xəbərin mətnində orfoqrafik səhv var