MƏDƏNİYYƏT


“Təxəyyül” adlı qısametrajlı filmin çəkilişləri başa çatıb

Bakı, 10 oktyabr, AZƏRTAC

“Hədəf” multimedia mərkəzində gənc yazar Rövşən Danyerinin ssenarisi əsasında “Təxəyyül” adlı qısametrajlı filmin çəkilişləri başa çatıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, filmin rejissoru Cavad Nurdur. Müəllifin eyniadlı hekayəsi əsasında çəkilmiş filmdə sosial həyatdan bəhs edən problemlər təsvir olunub, obrazlar üz-üzə qoyulub.

“Təxəyyül” qısametrajlı bədii filmi absurd-komediya janrındadır.

Filmdə rolları Kamal Yaşar, Elnur Rzayev, Pərvin Dadaşova və Nuridə Musabəyli canlandırıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.