ELM VƏ TƏHSİL


Texnika və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzi məktəblilər üçün infotur təşkil edib

Bakı, 10 aprel, AZƏRTAC

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) peşəyönümü işinin təbliği və təşkili uğurla davam etdirilir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, peşəyönümlü maarifləndirmənin aparılması məqsədilə Bakı şəhər 265 nömrəli tam orta məktəbin müəllim və şagird heyətinin Peşə Təhsil Mərkəzinə infoturu təşkil olunub. İnfotur iştirakçılarına Mərkəzin fəaliyyəti, maddi-texniki bazası, tədris olunan ixtisaslar, qəbul qaydaları haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından qaynaqlanırdı. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.