İQTİSADİYYAT


“Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 47, 49 ünvanında yerləşən (ü/s 150,4 kvadratmetr) qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 800 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşesi 27 (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.