ELM VƏ TƏHSİL
Texniki Universitet və JTI şirkəti arasında onlayn görüş
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) və "Japan Tobacco International" (JTI) şirkəti arasında onlayn işgüzar görüş keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “Make İt Bright” layihəsi təqdim edilib. Qeyd olunub ki, layihədə universitetlərin sonuncu kursda oxuyan bakalavrları və magistrantları iştirak edə bilər. Qaliblər 6 ay müddətində Cenevrədə təqaüdlü təcrübə proqramında iştirak hüququ qazanacaq.
Bununla bağlı AzTU Karyera mərkəzi layihəyə uyğun gənclərin seçilərək iştiraka cəlb olunmaları, komanda formalaşdırılması istiqamətində işlərə başlayıb.
Layihənin icrasında Karyera mərkəzi, “SABAH” qrupları və Məşğulluq və innovasiya şöbəsi birgə fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:34]
Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib
- 28.03.2024 [13:12]
"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir
- 28.03.2024 [11:32]
Lənkəran Regional Elmi Mərkəzində seminar keçirilib
- 28.03.2024 [11:20]
Salyanda məktəb direktoru işdən çıxarılıb
- 28.03.2024 [11:17]