ELM VƏ TƏHSİL


Texniki Universitet və “Okuklu Holding” birgə təlimlərə başlayıb

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Okuklu Holding”in əməkdaşlığı çərçivəsində sosial media üzrə qrafik dizayner, maliyyə uçotu və mühasibatlıq sahəsi istiqamətində təlimlərə start verilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, bununla bağlı keçirilən onlayn tədbirdə AzTU-nun və “Okuklu Holding”in nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, belə təlimlərin keçirilməsi tələbə və məzunların karyera imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Bu işdə “Okuklu Holding”lə əməkdaşlıq faydalıdır. Təlimlər “Okuklu Holding”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov, qrafik dizayneri Qəmər Sadıqova və Avtomatlaşdırma şöbəsinin müdiri Ülvi Sultanov tərəfindən keçirilir.

Otuz gün davam edəcək təlimin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.