ELM VƏ TƏHSİL


Texniki Universitetdə “CyberDEV” tələbə klubu yaradılıb

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbələrinin təşəbbüsü ilə yaradılan “CyberDEV” klubun təqdimatı keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, klubun məqsədi kibertəhlükəsizlik sahəsində nəzəri və praktiki biliklərin mübadiləsi, tələbələrin öyrənmə və öyrətmə yolu ilə uğurlu karyera qurmalarına nail olmaqdır.

Müzakirələrdə tələbələr “CyberDEV”in yaradılması təşəbbüsünü dəstəkləyərək onun fəaliyyət istiqamətləri, klubda praktiki yönümlü təlimlər, butkamplar, müzakirə saatları, seminar və vebinarların keçirilməsi, həmçinin sosial media kanallarının aktiv istifadə edilməsi barədə təkliflər səsləndiriblər.

Tədbirdə praktiki bacarıqların qazanılmasında kibertəhlükəsizlik üzrə yarışların xüsusi əhəmiyyəti vurğulanıb və yaxın zamanda universitetdə CTF (Capture-The-Flag) tipli yarışların təşkili qərara alınıb.

Qeyd edək ki, “CyberDEV”in idarə heyətinin üzvləri konkret layihə təklifləri ilə müraciət edən tələbələr arasından səsvermə yolu ilə seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.