ELM VƏ TƏHSİL


Texniki Universitetdə imtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ili üzrə qış imtahan sessiyası başlanıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, imtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib. Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq imtahanda iştirak edən bütün tələbələr tibbi maska və pandemiya əleyhinə qoruyucu vasitələrdən istifadə edirlər. Həmçinin imtahan zamanı tələbələr arasında sosial məsafənin qorunmasına riayət olunur.

İmtahanlar fevralın 2-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.