ELM VƏ TƏHSİL


Texniki Universitetdə maşınqayırma və energetikada yeni konsepsiyalara dair beynəlxalq konfrans keçiriləcək

Bakı, 9 oktyabr, AZƏRTAC

Dekabrın 2-3-də Azərbaycan Texniki Universitetində (AzTU) “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Texniki Universiteti (Azərbaycan), Almetyevsk Dövlət Neft İnstitutu (Tatarıstan Respublikası, Rusiya), Brandenburq Texniki Universiteti (Almaniya), Cənubi Ural Dövlət Universiteti (Rusiya), Qazi Universiteti (Türkiyə) və Liberets Texniki Universiteti (Çexiya) tərəfindən təşkil olunacaq tədbirdə müxtəlif mövzularda elmi məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.