ELM VƏ TƏHSİL


Texniki Universitetdə narkomaniya ilə mübarizəyə həsr olunan tədbir

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) narkomaniya ilə mübarizəyə həsr olunan onlayn tədbir keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbir universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı və tələbə-rektoru Əli Abdullazadənin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə çıxış edən AzTU-nun prorektoru İsa Xəlilov narkomaniyanın müasir dövrün ən təhlükəli bəlasına çevrildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda narkomaniya ilə mübarizə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.

Tibb elmləri namizədi, psixiatr-narkoloq Fəzail Sadıqov narkotikin insan orqanizminə zərərləri, narkomaniya ilə mübarizədə görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.