ELM VƏ TƏHSİL


Texniki Universitetdə pilot layihə üzrə ilk koordinasiya görüşü keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsinin bilik mərkəzinin işi çərçivəsində yerinə yetirilən pilot layihə üzrə ilk koordinasiya görüşü keçirib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, layihə “Erasmus + KA2” proqramı çərçivəsində həyata keçirilir.

Görüşdə mərkəzin işçi qrupunun üzvləri və əsas tərəfdaşın - Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin nümayəndəsi iştirak edib.

Qeyd olunub ki, pilot layihə çərçivəsində fərdi təsərrüfatlarda müxtəlif növlərə aid kənd təsərrüfatı heyvanlarının yemə olan illik tələbatı, həmin yemlərin istehsal edilməsi üçün tələb olunan əkin sahəsinin hesablanması üzrə kalkulyator işlənib hazırlanacaq və istifadəyə veriləcək.

Görüşdə əldə olunan nəticələr əsasında layihənin texniki şərti işlənib hazırlandıqdan sonra qiymətləndirilmək və təsdiqlənmək üçün əsas tərəfdaşa təqdim ediləcək.

Pilot layihənin işlənməsində magistrant və doktorantlar da iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.