ELM VƏ TƏHSİL


Texniki Universitetdə yeni menecment ixtisasının perspektiv imkanları barədə müzakirələr aparılıb

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi davam edir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, layihənin Avropadan olan eksperti professor Jean Noel Pachoud Azərbaycanın LMQS üzrə tərəfdaş qurumlarında görüşlər keçirib. AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşən J.N. Pachoud layihə çərçivəsində görülən işlər və perspektiv əməkdaşlıq istiqamətlərindən danışıb. Görüşdə yeni menecment (səhiyyədə keyfiyyətin və risklərin idarə olunması) ixtisasının perspektiv imkanları barədə müzakirələr aparılıb.

Daha sonra qonaq AzTU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti ilə görüşüb.

Görüşdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov layihənin əhəmiyyəti və görülən işlər barədə məlumat verib. Layihə üzrə görülən işlər, yeni açılacaq menecment ixtisasının tədris proqramı da ekspertin iştirakı ilə müzakirə olunub.

Seminarda professor-müəllim heyətinin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.