ELM VƏ TƏHSİL


Texniki Universitetdə yeni yaradılan ixtisas üzrə 19 tələbə təhsil alır

Texniki Universitetdə yeni yaradılan ixtisas üzrə 19 tələbə təhsil alır

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) “Erasmus +” proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib.

Tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının müəllimləri, tələbələr, həmçinin müxtəlif səhiyyə müəssisələrinin nümayəndələri iştirak edib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, məlumatlandırma sessiyasında layihənin məqsəd və vəzifələri, görülən işlər və layihə çərçivəsində yaradılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisası, bu istiqamətdə hazırlanan kadrların əmək bazarında rolu barədə məlumat verilib. Qeyd olunub ki, 2022/2023-ci tədris ilindən yeni yaradılan magistr ixtisası üzrə 19 tələbə təhsil alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.