ELM VƏ TƏHSİL


Texniki Universitetin “SABAH” qruplarının komandası Azərbaycan Robot Olimpiadasının qalibi olub

Bakı, 7 oktyabr, AZƏRTAC

Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsi keçirilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının “Platon Tech” komandası “Future İnnovators” (“Gələcəyin innovatorları”) Senior kateqoriyasında I yerə layiq görülüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, Bakı və regionlardan orta və ali təhsil müəssisələrinin iki istiqamət və 5 kateqoriya üzrə 121 komandasının mübarizəyə qoşulduğu yarış 2 gün davam edib.

Qeyd edək ki, yarışa “ALS” (“Yan Amiotrofik Skleroz”) layihəsi ilə qatılan “Platon Tech” komandasının üzvləri AzTU-nun “SABAH” qruplarının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Fərid Şixiyevdir. Onlar bu il noyabrın 17-19-da Almaniyanın Dortmund şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.