ELM VƏ TƏHSİL


Texniki Universitetin əməkdaşları Vətən müharibəsində şəhid olan məzunlarının ailələrini ziyarət ediblər

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları – Rauf Əliyev, İmran Əliyev və Murad Məmmədovun ailələrini ziyarət ediblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə şəhidlərin tələbəlik illərindən danışılıb, onlarda vətənpərvərlik hisslərinin yüksək olması vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetdə tələbələr arasında mütəmadi olaraq maarifləndirmə işlərinin aparıldığı da qeyd edilib.

Universitetin tələbə və məzunlarının torpaqlarımızın azad olunması uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.