ELM VƏ TƏHSİL


Texniki Universitetin professorunun məruzələri Ukrayna və Belarusda sertifikata layiq görülüb

Bakı,27 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurovun məqalələri Ukrayna və Belarusda sertifikata layiq görülüb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin oktyabr ayında Xarkov Milli Radioelektronika Universitetinin bazasında onlayn keçirilən “İnfokommunikasiyanın problemləri. Elm və texnologiya (PICS & T′ 2020)” adlı beynəlxalq konfransda Tofiq Mansurovun iki məruzəsi sertifikata layiq görülüb. Elə həmin ayda Belarus Dövlət Rabitə Akademiyasında onlayn təşkil olunan “Müasir rabitə sistemləri” adlı XXV beynəlxalq elmi-texniki konfransın plenar iclasında AzTU professorunun daha bir məruzəsi də sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, Xarkov Milli Radioelektronika Universitetinin bazasında keçirilən beynəlxalq konfransın materialları IEEE “Xplore”, “Scopus”, “Web of Science” və başqa beynəlxalq elmi bazalarda indeksləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.