ELM VƏ TƏHSİL


Texniki Universitetin şəhid məzunlarının ailələri ziyarət olunub

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları məzunlar – Aprel şəhidi Elvin Mirzəyev, Vətən müharibəsi şəhidləri Anar Şükürov, Eltun Qasımov, Cavid Bayramov, Elcan Məmmədov və Natiq Baxşəliyevin ailələrini ziyarət ediblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, şəhidlərin ailə üzvləri ilə görüş zamanı onların tələbəlik illərindən söhbət açılıb. Bildirilib ki, AzTU-da tələbə və məzunları olan şəhidlərin xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetdə tələbələr arasında mütəmadi olaraq maarifləndirmə işlərinin aparılması da diqqətə çatdırılıb.

AzTU-nun tələbə və məzunlarının torpaqlarımızın azad olunması uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdikləri vurğulanıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36, Aprel döyüşlərində isə 4 nəfər şəhidlik zirvəsinə ucalıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.