ELM VƏ TƏHSİL


Texniki Universitetlə “İmagro” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “İmagro” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, elektrotexnika və avtomatika, nəqliyyat və logistika fakültələrində təhsil alan tələbələrin şirkətdə istehsalat təcrübəsinə cəlb edilməsi təmin ediləcək. Məşğulluğun inkişafına dəstək məqsədilə tələbə və məzunların daxili müsahibə əsasında şirkətdə işə qəbulu da nəzərdə tutulub. Bundan başqa, tərəflər elmi-texniki, innovativ və texnoloji yeniliklərin tətbiqi, müştərək layihələrin hazırlanaraq icra edilməsi, informasiya mübadiləsinin həyata keçirilməsi istiqamətində də əməkdaşlıq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.