İQTİSADİYYAT


Texniki sənədləşdirmə aparılmadan qazpaylayıcı şəbəkəyə 2 qeyri-qanuni qoşulma faktı aşkarlanıb

Bakı, 7 dekabr, AZƏRTAC

Noyabr ayı ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 81 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye təbii qaz qurğularının istismarına icazə verilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ay ərzində layihə sənədləri ekspertiza edilmiş və razılaşdırılmış tikinti obyektlərinin sayı 409 olub. Aşkar edilmiş çatışmazlıq səbəbindən 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub.

Texniki sənədləşdirmə aparılmadan qazpaylayıcı şəbəkəyə 2 qeyri-qanuni qoşulma faktı aşkarlanıb. Agentlik tərəfindən noyabr ayında 5 inzibati xəta haqqında protokol tərtib edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.