Texnologiya Universiteti ilə Belarusun Polotsk Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
AzerTAg.az

Gəncə, 27 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti ilə Belarusun Polotsk Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Texnologiya Universitetindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onlayn keçən görüşdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov və Polotsk Dövlət Universitetinin rektoru Yuriy Romanovskiy hər iki universitetin mövcud imkanları barədə məlumatla çıxış ediblər.
Sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, müvafiq təklif və tövsiyələr dinlənilib.
Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd edək ki, Polotsk Dövlət Universiteti Belarusun ən qədim təhsil ocaqlarından biridir.
Xəbərin mətnində orfoqrafik səhv var