REGİONLAR
Texnologiya Universitetində “ECAR Erasmus+” layihəsinin nümayəndələri ilə görüş keçirilib
Gəncə, 17 mart, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanov “ECAR Erasmus+” layihəsinin nümayəndələri ilə görüşüb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, görüşdə layihənin koordinatoru olan Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru, layihənin koordinatoru Gülşən Bayramova layihə çərçivəsində görülən işlərlə bağlı məlumat veriblər.
Layihə ilə bağlı qarşıda duran məsələlərlə də tanış olan rektor “ECAR Erasmus+” layihəsində tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Akif Süleymanov layihənin işinin düzgün yerinə yetirilməsi üçün UTECA-da işçi qrup yaradıldığını və bura cəlb olunan əməkdaşların layihədə yaradılacaq komitələrin profilinə uyğun seçildiyini bildirib, Texnologiya Universitetinin üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmək üçün bundan sonra da səy göstəriləcəyini qeyd edib.