ELM VƏ TƏHSİL


Texnoloji innovasiya iqtisadiyyatı üzrə tədqiqatlar aparılır

Bakı, 24 avqust, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və idarə olunması xüsusiyyətləri tədqiq olunur.

Bu barədə AZƏRTAC-a AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. Şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev bildirib ki, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara əsaslanmaqla, dünya bazarlarına və maliyyə vəsaitlərinə çıxış imkanlarını təmin edən rəqabət mühiti yaradılacaq.

Ümumilikdə 2025-ci ildən sonrakı dövrdə əmək bazarının tənzimlənməsi həyata keçirilərkən yüksək texnologiyaların, o cümlədən “ağıllı” maşınların və sistemlərin tətbiqi, həmçinin kommunikasiya imkanlarının genişlənməsi kimi amillərin təsiri nəzərə alınacaq. Azərbaycanda nəzərdə tutulan İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorları inkişaf etdikcə mobil idarəetmə, mobil bulud, mobil hökumət, mobil nəqliyyat vasitələri və s. kimi sahələrin də inkişafına yeni imkanlar yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.