ELM VƏ TƏHSİL


Texnoloji transfer ofislərinin universitet-sənaye iş birliyində rolu – elmi seminar

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı çərçivəsində “Texnoloji transfer ofislərinin universitet-sənaye iş birliyində rolu” mövzusunda professor-müəllim heyətinin iştirakı ilə elmi seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev “Heydər Əliyev İli”nə həsr olunan “Elm festivalı” çərçivəsində keçiriləcək tədbirlərdən və onların əhəmiyyətindən söz açıb.

Sonra Texnologiya transfer şöbəsinin müdiri Vəkil İbrahimov texnologiya transfer mərkəzlərinin universitet-sənaye-biznes iş birliyindəki rolu barədə məlumat verib. Məruzəçi biliklərin texnologiyaya çevrilməsinin önəminə diqqət çəkərək, yeni tətbiq sahələrinin tapılması, iqtisadi proseslərdə istifadəsi və kommersiyalaşdırılmasının zəruriliyini vurğulayıb.

Seminar mövzu ilə bağlı müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.