ELM VƏ TƏHSİL


Texnoparkların fəaliyyətinin informasiya və tətbiqi proqram təminatının formalaşması problemləri araşdırılıb

Texnoparkların fəaliyyətinin informasiya və tətbiqi proqram təminatının formalaşması problemləri araşdırılıb

Bakı, 8 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda texnoparkların fəaliyyətinin informasiya və tətbiqi proqram təminatının formalaşması problemləri araşdırılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat işində texnoparkların innovasiya və biliklər iqtisadiyyatında əhəmiyyəti göstərilib, innovativ, yüksək elmtutumlu məhsul-xidmət istehsalının buraxılışında onların yaradılması xüsusiyyətləri təhlil edilib.

Tədqiqat çərçivəsində texnoparklarda informasiya təminatı sisteminin təkmilləşdirilmiş strukturu işlənilib, onun səmərəliliyinin yüksəldilməsində tətbiqi proqram təminatından istifadə xüsusiyyətləri tədqiq olunub. Texnoparkların informasiya təminatı sisteminin təkmilləşdirilməsində rəqəmsal texnologiyaların tətbiqləri və beynəlxalq təşkilatların tövsiyələri araşdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.