REGİONLAR
Teymur Atakişiyev: Şəmkir və Göygöldə alman koloniyalarının izləri bu günədək qalmaqdadır
Gəncə, 18 mart, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya Sabirabad rayonundan qoşulmuşam. Səfər çərçivəsində Şəmkir və Göygöl rayonlarının gəzməli, görməli yerlərində olduq. Hər iki rayonun küçələrində alman koloniyalarının izləri bu gün də qalmaqdadır. Cərgə ilə düzülən alman evləri, əkilən çinar ağacları bu günədək qorunub saxlanılır.
Bu sözləri Şəmkirə ekskursiya zamanı AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Sabirabad rayonunun Qalağayın kənd tam orta məktəbin XI sinif şagirdi Teymur Atakişiyev deyib.
O bildirib: “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin gənc nəslə diqqət və qayğısının bariz nümunəsidir. Bizim üçün belə bir şərait yaratdığına görə dövlətimizin başçısına minnətdaram. Rayonlarda gördüyümüz inkişafa nail olunması, gözəlliklərin yaradılması üçün çox böyük zəhmət çəkilib, xeyli iş görülüb. Regionlarımızın belə vüsətli inkişafını görmək hər birimizi sevindirir”.