CƏMİYYƏT
Teymur Musayev: Pandemiyaya qarşı güclü mübarizə vasitələri hələ hazır deyil
Bakı, 16 yanvar, AZƏRTAC
Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, ona qarşı güclü mübarizə vasitələri hələ hazır deyil.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev söyləyib.
Onun sözlərinə görə, ölkənin və dünyanın pandemiya ilə mübarizədə uğur qazana bilməsi üçün əhalinin təxminən 60 faizində virusa qarşı immunitet formalaşmalıdır: "Bunun bir hissəsi yoluxub sağalmış şəxslərdə, digər hissəsi isə peyvənd olunanlarda formalaşır. Bu şəraitdə epidemioloji vəziyyətə yumşaldılmış karantin tədbirləri və əhalinin hədəf qruplarının vaksinasiyası ilə nəzarət etmək mümkündür".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]