CƏMİYYƏT


Teymur Musayev: Ramazan bayramı günlərində əlavə məhdudiyyətlər tətbiq olunmayacaq VİDEO

Bakı, 6 may, AZƏRTAC

Ölkəmizə gətirilən və tətbiq olunan COVID-19 əleyhinə bütün vaksinlər təhlükəsiz və effektivdir. Azərbaycanda iki dozanı almış vətəndaşlar arasında yoluxma sayları çox azdır. Yoluxanlar da xəstəliyin ağır formasından tam qorunurlar.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib.

“Vaksinasiya olunmaq heç də digər qorunma vasitələrindən imtina etmək mənası daşımır. Hazırda maska taxılması, məsafə saxlanılması və digər gigiyenik prosedurlara əməl olunması məcburi və mütləqdir”, - deyə T.Musayev bildirib.

O, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, qarşıdan gələn Ramazan bayramı günlərində yalnız ictimai nəqliyyatın fəaliyyətinin dayandırılacağını, əlavə məhdudiyyətlərin tətbiq olunmayacağını da diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.