CƏMİYYƏT


Teymur Musayev: Xüsusi karantin rejiminin tamamilə aradan qaldırılması məsələsində tələsməməliyik VİDEO

Bakı,10 may, AZƏRTAC

Ölkəmizdə xüsusi karantin rejiminin tamamilə ləğv olunması məsələsində tələskənliyə yol verməmək, gözləmək məsləhətdir.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə müsahibəsində deyib.

“Məlumdur ki, ölkəmizdə qapalı məkanlarda maska istifadəsi tələbi ləğv olunub. Demək olar ki, xüsusi karantin rejiminə dair çox az sayda məhdudiyyətlər qalıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klyugenin ölkəmizə səfəri zamanı da bununla bağlı müzakirələr aparılıb. O da öz açıqlamalarında qeyd etmişdi ki, payız aylarında xüsusilə diqqətli olmalıyıq. SARS-CoV-2 dəfələrlə mutasiyaya uğradığından yeni variantların meydana gəlib-gəlməyəcəyini bilmədiyimizdən hələ ki, gözləmək məsləhətdir”, - deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.