İDMAN


Teymur Rəcəbov: “Champions Chess Tour” kimi güclü yarışda iştirak etməkdən məmnunam

Bakı, 12 fevral, AZƏRTAC

Bu turnirdə bütün rəqiblər güclüdür. Belə bir güclü yarışda iştirak etməkdən məmnunluq duyuram.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Champions Chess Tour”un "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında mübarizə aparan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov turnirin rəsmi saytına müsahibəsində bildirib.

O qeyd edib ki, final uğrunda mübarizə apardığı rəqibi, ABŞ təmsilçisi Uesli So təhlükəli oyunçudur və qarşısındakına elə də çox şans vermir. Otuz dörd yaşlı şahmatçı bildirib ki, dörddəbir finalda qarşılaşdığı niderlandlı Aniş Giri barədə də bu fikirdədir.

Şahmat oynamağı, öz səhvlərini görməyi xoşladığını deyən qrossmeyster öz həmkarlarıma, dünyanın ən güclü oyunçularına qarşı mübarizə aparmağın onu sevindirdiyini bildirib.

Şahmatçımız onu da vurğulayıb ki, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenə qarşı oynamaq əla olardı. Amma hələ qarşıda U.So ilə görüşlər keçirəcəyəm.

T.Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar turnirinə hazırlaşacağını, bunun üçün kifayət qədər vaxtı olacağını da vurğulayıb.

Qeyd edək ki, T.Rəcəbov yarımfinalın ilk matçında Uesli Soya 1,5:2,5 hesabı ilə uduzub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.