İDMAN
Teymur Rəcəbov “Champions Chess Tour” seriyasında ilk iki pilləni bölüşür
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasında ən çox xal toplayan şahmatçı kimi ilk iki pilləni bölüşür.
AZƏRTAC xəbər verir ki, şahmatçımız seriya çərçivəsində indiyədək keçirilmiş 3 turnirdə 108 xal toplayıb. Onunla eyni xalı yığan amerikalı qrossmeyster Uesli So seriyanın ən sonuncu - üçüncü mərhələsində (“Opera Euro Rapid”) hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni məğlub etməklə qalib olub. Həmin yarışda qrossmeysterimiz fransalı Maksim Vaşye-Laqravı mübarizədən kənarlaşdıraraq 3-cü yeri tutub.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [17:35]
Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub
- 18.04.2024 [16:43]
Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
- 18.04.2024 [16:00]
Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb
- 18.04.2024 [15:40]
“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib
- 18.04.2024 [14:39]
Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
- 18.04.2024 [14:37]
Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
- 18.04.2024 [13:22]
“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir
- 18.04.2024 [13:18]