İDMAN


Teymur Rəcəbov beynəlxalq turniri qalibdən yarım xal geridə başa vurub

Bakı, 22 iyul, AZƏRTAC

Almaniyanın Dortmund şəhərində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da iştirak etdiyi dairəvi sistem üzrə təşkil olunan "Sparkassen Chess-Meeting" beynəlxalq şahmat turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov son turda estoniyalı Kaydo Kyulaotsla oyununu da heç-heçə başa vuraraq aktivinə 0,5 xal əlavə edib. T.Rəcəbov ümumi nəticəyə görə 4 xalla 2-5-ci yerləri bölüşür. Turnirin qalibi 4,5 xalla Lenyer Dominqes (ABŞ) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.