İQTİSADİYYAT


Teymuraz Qoçitaşvili: Azərbaycan ilə Gürcüstanın neft-qaz sahəsində çox uğurlu əməkdaşlığı var

Tbilisi, 11 oktyabr, AZƏRTAC

Azərbaycan və SOCAR ilə əməkdaşlıq olmadan Gürcüstanın neft-qaz sektorunun işləməsi mümkün deyil. Neft-qaz sahəsində bizim çox uğurlu əməkdaşlığımız var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Neft-Qaz Korporasiyasının rəhbəri Teymuraz Qoçitaşvili söyləyib.

O deyib ki, Gürcüstan tərəfi bu əməkdaşlığı çox yüksək qiymətləndirir və gələcəkdə də münasibətləri daha da möhkəmləndirmək və genişləndirmək niyyətindədir.

T.Qoçitaşvili bildirib ki, Gürcüstanın yeraltı qaz anbarının tikintisi ilə bağlı tenderin ilkin nəticələri də yaxın günlərdə məlum olacaq. “Yeraltı qaz anbarının tikintisi ilə bağlı çoxlu müraciətlər olub. Onlar arasından 4-5 şirkət seçiləcək və həmin şirkətlər yekun tenderdə iştirak edəcək. İlkin nəticələr prezident seçkilərindən sonra məlum olacaq”, - deyə o qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.