CƏMİYYƏT
Təyyar Eyvazov: Meymunçiçəyi virusu ilə əlaqədar əhalinin maarifləndirilməsi lazımdır
Bakı, 24 may, AZƏRTAC
Dünyada meymunçiçəyi virusunun aşkarlandığı ölkələrin və yoluxma ilə bağlı təsdiq olunmuş halların sayı getdikcə artır. Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya, Niderland, Yunanıstan, Belçika, İsveç və İspaniya da daxil olmaqla bəzi ölkələrdə yoluxma halları müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib: “Meymunçiçəyi virusu daha çox kiçik yaşlı uşaqlar arasında yayıldığı və ağır keçdiyi güman edilir. Onun başlıca fərqi ondadır ki, infeksiya endemik olmayan ölkələrdə yaşanır, yəni Afrika qitəsində deyil, Avropa və s. ölkələrində yayılır. Hələlik virusla əlaqədar xüsusi tədbirlər görməyə ehtiyac yoxdur. Yalnız əhalinin maarifləndirilməsi lazımdır. Ona görə də Səhiyyə Nazirliyi xəstəliyin mənbəyi, ötürülmə yolları və s. haqqında xüsusi məlumat hazırlayıb”.