CƏMİYYƏT


Təyyar Eyvazov: Peyvənd olunmayanlar “delta” ştamı ilə yoluxduqda xəstəliyi ağır keçirə bilərlər

Bakı, 15 iyul, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının “delta” ştamı “alfa” (Britaniya) ştamından 2 dəfə çox yoluxucudur.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin instaqram hesabında “İmmunitet və peyvənd sertifikatı” mövzusundakı çıxışı zamanı deyib.

O bildirib ki, “delta” ştamı ilə yoluxan bir xəstə 5-6 nəfəri yoluxdura bilər: “Bu, “alfa” ştamının yoluxuculuğundan 2 dəfə çoxdur. “Delta” ştamının inkubasiya dövrü qısadır. Klinik əlamətlərdə də bir sıra fərqlər mövcuddur. “Delta” ştamı digər respirator virus xəstəliklərinə daha çox oxşayır, əsasən baş və boğaz ağrıları ilə müşahidə olunur. Bəzən mədə-bağırsaq pozuntusunun da olduğunu qeyd edirlər. “Delta” variantı ilə yoluxduqdan bir müddət sonra xəstədə klassik koronavirusdan daha çox ağırlaşmanın olması yalnız müşahidələrdir. Bununla bağlı hələ ki dəqiq məlumat yoxdur. Onu da qeyd edim ki, peyvənd olunmayanlar xəstəliyi ağır keçirə bilərlər. Peyvənd koronavirusdan 100 faiz qorumasa da, yoluxma baş verdikdə, xəstəlik ağır keçmir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.