DÜNYA
Təyyarə qəzası ilə əlaqədar Braziliyada üç günlük matəm elan olunub
Bakı, 29 Noyabr, AZƏRTAC
Braziliya Prezidenti Mişel Temer göyərtəsində “Şapekoense” klubu futbolçularının olduğu təyyarənin qəzaya uğraması ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ölkə prezidentinin twitter səhifəsində yer alıb. Mişel Temer təyyarə qəzası qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, həmçinin bildirib ki, dövlət həlak olanların qohumlarına hər cür dəstək göstərəcək.
Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliyanın “Şapekoense” klubu futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə Kolumbiyanın Medelin hava limanından 50 kilometr aralıda qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 81 nəfərin 75-i həyatını itirib.
LAMIA aviaşirkətinə məxsus təyyarə futbolçuları Medelin şəhərinə aparırdı. Noyabrın 30-da burada Cənubi Amerika kuboku turniri çərçivəsində yerli “Atletiko Nasional” və Brazilyanın “Şapekoense” klubları arasında oyun keçirilməli idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]