DÜNYA


Təyyarənin Əfqanıstana istiqamət götürməsini tələb edən sərnişin saxlanılıb

Moskva, 22 yanvar, AZƏRTAC

Surqut-Moskva reysi ilə uçan və təyyarənin Əfqanıstana istiqamət götürməsini tələb edən sərnişin layner Xantı-Mansiykdə yerə enəndən sonra saxlanılıb.

AZƏRTAC xəbər verir ki, təyyarənin heyəti layneri Əfqanıstana qaçırmaq istəyən sərnişini əlavə yanacaq doldurmaq üçün təyyarənin Xantı-Mansiykdə yerə enməsinə razı sala bilib. Layner Xantı-Mansiykdə yerə enən kimi sərnişin saxlanılıb.

KİV-lərin yaydığı məlumata görə, saxlanılan şəxs sərxoş vəziyyətdədir. Onun yanında silah aşkar edilməyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.