DÜNYA


Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq

Bakı, 23 iyun, AZƏRTAC

Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Almaniyanın Karlsruye Texnologiya İnstitutunun (KTİ) alimləri ilk dəfə olaraq Yer ilə təyyarələr arasında saniyədə 8 Qbit sürətlə siqnal göndərilməsinə müvəffəq olublar.

AZƏRTAC “hi-tech.mail.ru” saytına istinadən bildirir ki, bu, gələcəkdə sərnişinlərin internetdən rahat istifadə etməsinə imkan verəcək. Yerlə hava arasında genişzolaqlı qoşulmanın təmin edilməsi üçün 71-dən 76 QHs-dək radiotezlik diapazonundan istifadə olunur. Bu kanal, hətta böyük tutumlu videoları yükləməyə və izləməyə imkan verəcək.

KTİ tərəfindən təklif edilən texnologiya perspektivli görünür: sınaq uçuşu zamanı təyyarə 7 km-dən uzaq məsafədə yerləşən qəbuledicidən siqnalı tutub. Genişzolaqlı qoşulma 3 dəqiqə ərzində sabit olub. Bu vaxt ərzində buludlu hava, yağış və duman olmasına baxmayaraq, 180 QB-lıq məlumatı göndərmək mümkün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.