DÜNYA
Təyyarəsi qəzaya uğramış argentinalı futbolçunu tapmaq şansı qalmayıb
Bakı, 23 yanvar, AZƏRTAC
Fransa xilasedicilərinin sözlərinə görə, təyyarə qəzasından sonra “Kardiff Siti” klubunun argentinalı futbolçusu Emiliano Salanı tapmaq şansı qalmayıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Nant şəhərindən Uelsin paytaxtına uçan 28 yaşlı argentinalı hücumçu yanvarın 21-də La-Manşdakı Normand adaları rayonunda radarlardan itən yüngül mühərrikli təyyarənin yeganə sərnişini olub.
Axtarış xidmətinin nümayəndəsi bildirib ki, hava şəraiti nəzərə alınsa, “hətta xüsusi təlim görmüş insan suda yalnız bir neçə saat sağ qala bilər”.
Qeyd edək ki, ötən həftə 28 yaşlı argentinalı Fransanın “Nant” klubundan Uelsin “Kardiff-Siti” klubuna transfer olmaq üçün müqavilə imzalamışdı. Sövdələşmənin qiyməti 15 milyon funt sterlinq məbləğində idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]