MƏDƏNİYYƏT
“The Bad Seeds” qrupunun yaradıcısı vəfat edib
Bakı, 30 aprel, AZƏRTAC
“The Bad Seeds” qrupunun yaradıcısı Anita Leyn ömrünün 61-ci ilində dünyasını dəyişib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “The Rolling Stone” nəşri bildirib.
Anita Leyn 1960-cı ildə Melbrun şəhərində dünyaya göz açıb. 1977-ci ildə o, Nik Keyvlə tanış olub və tezliklə “The Boys Next Door” qrupunun üzvünə çevrilib. Qrup sonradan “The Birthday Party” adlanmağa başlayıb. 1984-cü ildə Leyn və Keyv “The Bad Seeds” qrupunu yaradıblar. Aktrisa orada bir müddət klavişli alətlərdə ifa edib. Anita Leyn “From Her to Eternity” və “Stranger Than Kindness” mahnılarının həmmüəllifi sayılır. Sonradan o, solo karyerasına başlayaraq “Dirty Pearl” (1993) və “Sex O'Clock” (2001) albomlarını buraxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:41]
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
- 19.04.2024 [21:42]
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]