MƏDƏNİYYƏT
“The Guardian”: dünyanın ən gözəl şəlaləsi İspaniyada yerləşir
Madrid, 2 sentyabr, AZƏRTAC
İspaniyanın Uesk əyalətində yerləşən Kola-de-Kaballo (“At quyruğu”) dünyanın ən gözəl şəlaləsi adlandırılıb.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, şəlalələrin reytinqini tərtib etmək məqsədilə Britaniyanın “The Guardian” nəşri öz oxucuları arasında sorğu keçirib. Nəticədə, İspaniya şəlaləsinin başçılıq etdiyi 20 ən yaxşı şəlalədən ibarət siyahı alınıb.
Şəlalə Ordesa-i-Monte-Perdido Milli Parkının ərazisində yerləşir. Bura populyar turizm marşrutudur. Yaxınlıqda monastır, mənzərəli çay, mağara və müşahidə meydançası yerləşir. Burada təkcə bir deyil, bütöv şəlalələr sistemi mövcuddur. “At quyruğu” isə onlardan ən hündürüdür.
İkinci yeri İtaliyadakı Akvafraca şəlaləsi, üçüncü yeri isə Avstriyadakı Qrava şəlaləsi tutublar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]