SİYASƏT


“The Guardian” qəzeti Ermənistanın Gəncəyə raket hücumundan yazıb

London, 17 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın “The Guardian” qəzetində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə raket hücumu barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Baş Prokurorluğuna istinadla ölkəmizin ikinci ən böyük şəhəri Gəncənin Ermənistan tərəfindən ballistik raketlərdən istifadə edilməklə atəşə tutulması nəticəsində azı 12 nəfərin həlak olduğu, 40-dan çox insanın yaralandığı bildirilir. Qeyd olunur ki, Gəncənin yaşayış məhəllələrinə atılan iki raket 5 evi tamamilə dağıdıb, daha 15 evi zədələyib.

Qəzet yazır ki, bundan əlavə, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri Ermənistan tərəfindən energetiklər şəhəri olan Mingəçevirə atılan bir neçə raketi zərərsizləşdirib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.