Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“The Japan Times” qəzetində Azərbaycanın ilk milli telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı geniş məqalə dərc edilmişdir VIDEO

“The Japan Times” qəzetində Azərbaycanın ilk milli telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı geniş məqalə dərc edilmişdir VIDEO

Tokio, 30 may (AZƏRTAC). Yaponiyanın nüfuzlu “The Japan Times” qəzetində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun “İKT-ni əsas prioritet kimi qəbul edən Azərbaycan ilk milli telekommunikasiya peykinin buraxılması ilə növbəti mərhələyə daxil olmuşdur” sərlövhəli məqaləsi dərc edilmişdir.

Məqalədə qəzetin oxucularını Azərbaycanın milli bayramı –Respublika Günündə salamlamaqdan məmnun olduğunu bildirən nazir, əsasən təbii enerji mənbələrinin vətəni kimi tanınan ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarına (İKT) xüsusi önəm verildiyini nəzərə çatdırır. Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT-nin inkişafına neft və qaz strategiyasından sonra ikinci prioritet məsələ kimi yanaşır. Hələ 2003-cü ildə Azərbaycan dövlətinin başçısı İlham Əliyev yeni seçilmiş Prezident kimi Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində bəyan etmişdir ki, İKT və insan resurslarının inkişafı ölkəmizin əsas prioritetlərindən biridir.

Məqalədə vurğulanır ki, son 10 ildə Azərbaycanda İKT yeddi-səkkiz dəfə artmış, bu sahənin orta illik artım tempi 25-30 faiz təşkil etmişdir. 2012-ci ildə bu rəqəm 18,2 faizə bərabər olmuş, sektordakı maliyyə dövriyyəsi 1,5 milyard avro təşkil etmişdir. Əldə edilmiş mənfəətin 80 faizi özəl sektorun payına düşmüşdür ki, bu da ölkədə biznes mühitinin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Bu gün İKT ölkə həyatının, demək olar ki, bütün sahələrini əhatə edir.

Yazıda qeyd olunur ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Cari ilin fevralında Azərbaycanın ilk milli peykini orbitə uğurla çıxardığını diqqətə çatdıran akademik, bunun ölkənin kosmik texnologiyalara doğru irəliləyişinin göstəricisi kimi qürur doğurduğunu bildirmişdir. Vurğulamışdır ki, “Azərspace-1” peyki yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərinin göstərilməsini təmin edəcəkdir. Peyk öz xidmətləri ilə Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu da əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək “Azərspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur.

Məqalədə diqqətə çatdırılır ki, peykin resurslarının 25 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 75 faizi isə dünya bazarlarına ixrac ediləcəkdir. “Azərspace-1” peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdəbir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat yararlana biləcəkdir.

Bildirilir ki, ölkəmiz 2015-ci ildə “Azərspace-2” adlı ikinci peykini buraxmağı planlaşdırır və bu, Azərbaycan peyklərinin ötürücülük qabiliyyətini artırmağa xidmət edəcəkdir.

Məqalədə Azərbaycanın sürətli iqtisadi inkişafının dünya maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsindən, ölkəmizin paytaxtının beynəlxalq forumların keçirildiyi mərkəzə çevrilməsindən də geniş söhbət açılır. Bu tədbirlər arasında Azərbaycan hökumətinin BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti ilə birlikdə təşkil etdiyi internetin idarə edilməsi üzrə VII Forumun xüsusi yeri vurğulanır.

İKT-nin inkişafı məqsədi ilə Azərbaycanda mühüm institusional addımların atıldığı, 2013-cü ildə İnformasiya Texnologiyaları Fondunun, Yüksək Texnologiyalar Parkının və İnformasiya Texnologiyaları Universitetinin yaradıldığı bildirilir.

“Elektron imza” və “Fiber-optik xətt hər bir evədək” layihələri barədə geniş məlumatın verildiyi məqalədə regional əhəmiyyətə malik olan Trans-Avrasiya informasiya magistralı (TASİM) layihəsindən də söhbət açılır.

Məqalədə vurğulanır ki, Azərbaycan Yaponiyaya İKT sahəsində qabaqcıl biliklər və müasir texnologiyaların mühüm mənbəyi kimi baxır. İki ölkənin müvafiq strukturları arasında birgə layihələrin işlənməsi barədə müqavilənin əhəmiyyəti xüsusi qeyd edilir. Görkəmli alim Həsən Abdullayevin anadan olmasının 90 illiyi ilə bağlı cari il iyulun 4-dən 6-dək Azərbaycanda keçiriləcək beynəlxalq konfransa yaponiyalı alimlərin də dəvət ediləcəyi bildirilir.

Azərbaycanlı akademikin məqaləsi yaxın gələcəkdə dünyada ölkələrin yerinin məhz bilik səviyyəsinə görə müəyyən ediləcəyi və bu sahədə İKT-nin mühüm rol oynayacağı barədə fikirlə tamamlanır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

“The Japan Times” qəzetində Azərbaycanın ilk milli telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı geniş məqalə dərc edilmişdir VIDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib