Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“The Jerusalem Post”: Azərbaycan öz ordusunun 100-cü ildönümünü qeyd edir

“The Jerusalem Post”: Azərbaycan öz ordusunun 100-cü ildönümünü qeyd edir

Bakı, 27 iyun, AZƏRTAC

Bu il Azərbaycan Ordusu 100-cü ildönümünü qeyd edir. Bu ordunun əsası müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulub. Azərbaycanda milli ordu yaradılması haqqında ilk təklif Rusiya imperiyası dağılandan sonra 1917-ci ildə keçirilmiş Qafqaz Müsəlmanları Konqresində irəli sürülmüşdü. Həmin konqresdə müsəlman hərbi dəstələrinin təşkilinə dair xüsusi büronun yaradılması barədə qərar qəbul edilmişdi.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə ingilis dilində çıxan nüfuzlu “The Jerusalem Post” qəzetində dünən dərc olunmuş “Bu gün Azərbaycan öz ordusunun 100-cü ildönümünü qeyd edir” sərlövhəli məqaləsində yazıb.

https://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Today-Azerbaijan-celebrates-the-100-anniversary-of-the-Azerbaijani-army-560798

Məqalə müəllifi yazır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi diviziya 600 nəfər könüllüdən ibarət olub. “Bu vəziyyətdə, əlbəttə, Azərbaycanın öz müstəqilliyini qorumaq və Gəncədə Bakı Kommunasının hücumlarının qarşısını almaq imkanı yox idi. O zaman Azərbaycana kömək edə bilən yeganə ölkə Türkiyə idi. Odur ki, Azərbaycan Hökumətinin sədri Fətəli xan Xoyski Türkiyə hökumətindən hərbi yardım istəmişdi.

Azərbaycanın ilk de-fakto hərbi naziri doktor Xosrov Sultanov idi. Nazirlik yaradılandan sonra Səməd bəy Mehmandarov nazir, general Əliağa Şıxlinski isə onun müavini oldu. Hərbi xərclər Azərbaycan Xalq Cümhuriyyəti hökumətində dövlət büdcəsinin 24 faizini təşkil edirdi və 25 min nəfərdən ibarət milli ordunun yaradılmasına yönəldilmişdi. 1919-cu ilin sonunda Azərbaycan Ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Bundan başqa, Gəncədə iki artilleriya batareyası və xüsusi diviziya yaradılmışdı. 1920-ci ilin əvvəlində əsgərlərin sayını 40 minə çatdırmaq, 19-24 yaş arasında gəncləri səfərbər etmək, Silahlı Qüvvələri möhkəmləndirmək məqsədilə 5 tank, 12 hidroplan, 6 aeroplan alınması planlaşdırılırdı”, - deyə israilli ekspert qeyd edir.

Müəllif məqalədə 1919-cu ilin sentyabrında Bakıya gəlmiş britaniyalı jurnalist Skotland Liddlin təəssüratından sitat gətirib: “Bakıya gedərkən mənə elə gəlirdi ki, xaos görəcəyəm... lakin mən yüzlərlə azərbaycanlı əsgəri gördüm. Özü də bu, iki il əvvəl görüşdüyüm əsgərlər deyildi. Azərbaycan Ordusu vaxtında və sürətlə formalaşdırıldı. Azərbaycan hökuməti anlayırdı ki, ordu nizam-intizamsız mövcud ola bilməz. Azərbaycanda gördüyüm dəmir intizam heç Rusiyada yox idi”.

Arye Qut general-mayor Cavad bəy Şıxlinskinin, general Məhəmməd Mirzə Qacarın, hərbi nazir Xosrov Sultanovun, daxili işlər naziri Behbud Cavanşirin Cümhuriyyətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən Gəncədə XI Qırmızı orduya qarşı qanlı döyüşdə həlak olmalarını təəssüflə vurğulayır. Bildirir ki, rəsmi tədqiqatlara görə, daşnak-bolşevik terrorizmi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin 12 generalı, 27 polkovniki və polkovnik-leytenantı, 46 kapitanı və digər 266 zabiti öldürülüb.

Müəllif yazır ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan Ali Sovetinin 1991-ci il 9 oktyabr tarixli qərarı ilə Müdafiə Nazirliyi yaradılıb və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması elan olunub. Lakin 1998-ci ilin mayında Prezident Heydər Əliyevin Fərmanı ilə iyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edilib.

“Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk vaxtlarda ordu hərb işini bilməyən könüllü dəstələrindən ibarət idi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müvafiq sahədə olan xaosa son qoyuldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Heydər Əliyev ordunun dirçəldilməsi prosesinə başladı. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Prezident Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı.

1994-cü ilin əvvəlində Azərbaycan Ordusu Füzuli rayonunun Horadiz istiqamətində Ermənistanın işğalçı qüvvələrinə qarşı hərbi əməliyyat keçirdi. Həmin ilin mayında atəşkəs rejiminin elan edilməsi nizami Azərbaycan Ordusunun sabit formalaşması üçün imkan yaratdı”, – deyə Arye Qut “The Jerusalem Post” qəzetində qeyd edir.

İsrailli ekspert məqalədə vurğulayır ki, sabitlik, iqtisadi inkişaf, güclü müasir ordunun formalaşdırılması müasir Azərbaycanın əsas göstəriciləridir: “Son 15 ildə ölkənin iqtisadi qüdrətinin artması Azərbaycan Ordusunun möhkəmlənməsinə və daha sıx birləşməsinə öz töhfəsini verib. Azərbaycanın dövlət büdcəsinin xərcləri bir neçə dəfə çoxalıb ki, bu da bütün istiqamətlərdə ordunun potensialını ən yüksək səviyyəyə qaldırıb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissələri - Müdafiə Nazirliyi, Dövlət Mühafizə Xidmətinin hərbi hissələri, Fövqəladə Hallar Nazirliyi uğurla inkişaf edir.

Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistan tərəfindən işğalı faktını və bu ölkə ilə davam edən müharibəni nəzərə alan Azərbaycan hökuməti öz hərbi potensialını artırır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev daim hərbi bazalara gedir, hərbi əməliyyat zonalarında xidmət keçən və Azərbaycan ordusunun möhkəmləndirilməsinin başlıca amillərindən biri olan əsgər və zabitlərlə görüşür. Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü birdən-birə yaranmayıb. Son 15 ildə Azərbaycan rəhbərliyi ölkənin iqtisadi potensialını möhkəmləndirib, hər bir ölkənin uğur və inkişafını müəyyənləşdirən mühüm amillərdən olan güclü və müasir ordunun yaradılması üçün şərait yaradıb. Bugünkü müasir hərbi texnika baxımından güclü ordu ölkənin müstəqilliyinin möhkəmlənməsində və regionda mühüm geosiyasi mərkəzə çevrilməsində mühüm rol oynayır”.

Prezident İlham Əliyevin bu məsələyə öz münasibətini aydın izah etdiyini vurğulayan məqalə müəllifi bütün sahələrdə ordunun inkişafına töhfə verməyin vacibliyini, son illər ölkədə logistikanın möhkəmlənməsi, texniki yenilənmə, ən müasir silah alınması üçün böyük işlər gördüyünü və bu gün Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu qeyd edərək Azərbaycan dövlətinin başçısının aşağıdakı fikirlərini sitat gətirir: “Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”.

Arye Qut məqaləsində qeyd edir ki, güclü iqtisadi inkişaf, Azərbaycan büdcəsinin gəlirlərinin artması ölkəyə son 5 ildə hərbi xərcləri 7 dəfə artırmaq imkanı verib. “Lakin ordu quruculuğu üzrə fəaliyyət təkcə iqtisadi resurslardan istifadə etməklə məhdudlaşdırılmır. NATO ilə sıx və məhsuldar əməkdaşlıq ordu formalaşdırmasını sürətlə yaxşılaşdırmağa, Silahlı Qüvvələri müasirləşdirməyə və onların müasir beynəlxalq standartlara müvafiq etmək məqsədini daşıyır. Sözsüz ki, rəsmi Bakının başlıca məqsədi Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu azad etməkdir. Bu həlledici mərhələyə gedən yolda mühüm nəticələr əldə edilib və bu proses davam edir. Müşahidələr göstərir ki, Azərbaycan status-kvonu dəyişmək və potensial hərbi üstünlüyünü daha da möhkəmləndirmək məqsədilə bu mərhələyə daxil olub”, - deyə israilli ekspert yazır.

Məqalədə bildirilir ki, son illər Azərbaycanda böyük miqdarda müasir tanklar, hərbi nəqliyyat vasitələri, HHQ sistemi, tank əleyhinə raket və artilleriya sistemi, pilotsuz uçuş aparatları alınıb. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin Aprel döyüşlərində nümayiş etdirilib. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu nümayiş etdirdi.

Arye Qut Azərbaycanın hərbi üstünlüyünü bəyan edən müdafiə naziri Zakir Həsənovdan da sitat gətirib: “Məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi”, - deyə Azərbaycanın müdafiə naziri qeyd edib.

Müəllif yazır ki, Azərbaycanın müdafiə nazirinin sözlərinə görə, Azərbaycan müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alır. Arye Qut müdafiə naziri Zakir Həsənovun “Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı, qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımızı genişləndiririk” fikirlərini də sitat gətirib.

Arye Qut qeyd edir ki, Azərbaycan beynəlxalq birliyin Əfqanıstanda sülhün və sabitliyin bərqərar olmasına yönələn cəhdlərini bundan sonra da dəstəkləyəcək. “HATO-nun rəhbərlik etdiyi “Qətiyyətli dəstək” missiyası 2015-ci ilin yanvarından Əfqanıstanda başlanılan hazırlıq, konsultasiya, yardım və antiterror missiyasıdır. 2002-ci il noyabrın 20-dən Azərbaycan Silahlı Qüvvələrinin kontingenti Əfqanıstanda missiyanın tərkibində çıxış edir. NATO Azərbaycana “Qətiyyətli dəstək” missiyasına öz hərbi kontingenti ilə dəstəyinə, habelə maliyyə dəstəyinə və tranzit imkanları yaratdığına görə minnətdardır.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 120 hərbi qulluqçusu Əfqanıstanda NATO-nun “Qətiyyətli dəstək” missiyasında iştirak edir. Bundan başqa, Azərbaycan Əfqanıstanı regional və qlobal iqtisadiyyata inteqrasiya islahatlarında dəstəkləyir. Azərbaycan öz hava məkanından və aeroportlarından NATO-nun hərbi yük olmayan təyyarələrinin istifadə etməsinə icazə verib. NATO-nun Əfqanıstanda nəzərdə tutulan missiyası üçün bütün yüklərin təxminən 40 faizi Azərbaycanın paytaxtı Bakıdan keçir”, - deyə Arye Qut məqalədə fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb