SİYASƏT


“The Korea Post”: Ermənistan Azərbaycana qarşı bütün cəbhəboyu genişmiqyaslı təxribatlar həyata keçirir

Pekin, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də səhər erkən saatlarda Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərindən Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər nüfuzlu “The Korea Post” qəzetinin Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi son təxribat haqqında hazırladığı məqalədə əks olunub. Bildirilib ki, həmin intensiv atəş nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin sakinləri arasında ölən və yaralananlar olub, mülki infrastruktura ziyan dəyib.

Cənubi Koreya qəzeti yazır ki, Azərbaycan Ordusunun bölmələri düşmənin təxribatının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.