Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“The New York Times” Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə bu yaxınlarda baş vermiş gərginliyə münasibət bildirib

“The New York Times” Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə bu yaxınlarda baş vermiş gərginliyə münasibət bildirib

Bakı, 25 sentyabr, AZƏRTAC

ABŞ-ın “The New York Times” qəzetində Metyu Mpok Biqqanın “Ermənistan və Azərbaycan arasında münaqişəni anlamağa cəhd edərkən” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə münaqişənin ötən həftə baş verən növbəti gərginləşməsindən bəhs edilir.

Müəllif məqalənin əvvəlində ABŞ-ın gərginliyin nizamlanması istiqamətində diplomatik səylərindən, xüsusən Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə XİN başçıları arasında birbaşa danışıqların təşkili məqsədi daşıyan görüşlərindən yazır. Görüş ötən həftə iki ölkə arasında ümumilikdə yüzlərlə hərbi qulluqçunun həlak olduğu hərbi əməliyyatlardan sonra baş tutub. Gərginlik səngiyib, lakin yüksək səviyyədə keçirilən görüş qarşıdurmanın səbəblərinin aradan qaldırılmadığını əks etdirir.

Məqalədə qeyd olunur ki, Rusiya Ermənistanın çoxdankı himayədarıdır, NATO-nun üzvü olan Türkiyə isə 2020-ci il müharibəsində Azərbaycanı dəstəkləyən əsas müttəfiqidir. Lakin amerikalı diplomatlar vasitəçi neytrallığını qorumağa cəhd göstərsələr də, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi öz dəstəyini göstərmək və “bu yaxınlardakı zorakılığın azərbaycanlılar tərəfindən törədildiyini” bəyan etməkdən ötrü ötən həftəsonu Ermənistana səfər edərək vəziyyətə “qarışdı”. Müəllif vurğulayır ki, bu səfər cari ilin noyabrında keçiriləcək aralıq seçkilərindən əvvəl Pelosinin siyasi gedişi kimi qəbul olundu. Onu Konqresin erməni mənşəli iki üzvü müşayiət edirdi.

Məqalədə daha sonra deyilir ki, “münaqişə” onilliklər boyu mübahisəli olan region ətrafında cəmlənib. “Qarabağın dağlıq vilayəti” Ermənistan və Azərbaycan arasında uzun müddətdir müzakirə mərkəzindədir. Beynəlxalq səviyyədə Azərbaycanın etnik erməni əhalisinin üstünlük təşkil etdiyi bir hissəsi kimi tanınan bu region sovet dövrünün sonunda müstəqilliyini elan edib. Ermənistan və Azərbaycan arasında baş verən çoxillik müharibə nəticəsində on minlərlə insan həlak olub və yüz minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. 1994-cü ildə atəşkəs barədə sazişdən sonra Azərbaycanın hüquqi hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistanın nəzarəti altına keçib. 2020-ci ildə Azərbaycan Türkiyənin güclü dəstəyi ilə və zərbə dronlarından istifadə etməklə Qarabağın böyük hissəsini və ona bitişik rayonları geri alıb.

Metyu Mpok Biqqa qeyd edir ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs nəticəsində ərazilərin böyük hissəsi Azərbaycanda qaldı, erməni qoşunları geri çəkildi və oraya yaxşı silahlanmış Rusiya sülhməramlıları daxil oldu. Müəllif analitiklərə istinadla vurğulayır ki, indi Azərbaycan Ermənistanın “Dağlıq Qarabağ” üzərində Azərbaycanın suverenliyini tanımasını və digər güzəştlərə getməsini israr edir.

Müəllif yazır ki, lakin münaqişənin son gərginləşməsi başqa yerdə baş verdi. Hər tərəf bu hərbi əməliyyatların necə başlanmasını özünə görə interpretasiya edir. Ermənistan bəyan edib ki, Azərbaycan “hücum edib” və 105 erməni hərbi qulluqçusu öldürülüb, 6 mülki vətəndaş isə yaralanıb. Azərbaycan isə bildirib ki, onun hərbi əməliyyatları Ermənistan tərəfindən olan təxribata “cavab tədbirləridir”. Münaqişənin özəyinin hələ də “Dağlıq Qarabağ” olmasına baxmayaraq, bu dəfə döyüş əməliyyatları bilavasitə iki ölkə arasında delimitasiya olunmamış sərhəddə baş verdi.

Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, sentyabrın 12-də iki ölkə arasında olan sərhəd boyunca artilleriya və pilotsuz uçuş aparatlarından istifadə olunmaqla ağır döyüşlər qeydə alınıb. Azərbaycanın Xarici İşlər Nazirliyi “ehtimal edilən sərhəddə” baş verən “insident” barədə danışıb, Ermənistan isə bəyan edib ki, Azərbaycan Ermənistan ərazisindəki üç şəhərə hücum edib.

Müəllif hesab edir ki, Azərbaycan öz tələblərində israrlıdır, Ermənistan isə görünür, vaxt uzadır. Ermənistanın baş naziri Nikol Paşinyan sazişi imzalamaq niyyətində olduğunu bildirmişdi, lakin onun daxili opponentləri razılaşmanı pisləyərək, onu “satqınlıq” adlandırdılar. Paşinyan artıq bir dəfə, 2020-ci ildə atəşkəsdən sonra kütləvi qəzəblə rastlaşmışdı.

Azərbaycanın üç tələbi var: Ermənistanın Qarabağa olan iddialarından imtina etməsi, dövlətlərarası sərhədlərin onun şərtləri çərçivəsində demarkasiyası və Naxçıvan anklavına, Azərbaycanı, həmçinin Türkiyə ilə birləşdirəcək hələ tikilməmiş avtomobil və dəmir yolu dəhlizinin təhlükəsizliyinə nəzarət.

Bu, Rusiya və Türkiyə üçün incə vəziyyətdir. Bu müzakirədə Rusiyanın iki rolu var: neytral vasitəçi və eyni zamanda, Ermənistanın təhlükəsizliyinin qarantı. Birinci rolu ona ikinci rolu ilə bağlı ittihamlardan yayınmağa imkanı verib. Əgər vəziyyət kəskinləşərsə, o halda ikili rolunu qoruyub saxlamaq Moskva üçün çətin olacaq. Karnegi Fondunun baş elmi işçisi Stronski xatırladır ki, 2020-ci ildə tərəfləri ayıran xəti Azərbaycanın ərazisindən keçib. İndi “erməni və azərbaycanlı hərbçilər hələ də demarkasiya olunmayan dövlət sərhədində praktik olaraq üz-üzə dayanıblar.

Dünya gücləri sülhə səsləyirlər. Lakin onlara həm də təbii qaz lazımdır. ABŞ-ın dövlət katibi Entoni Blinken bu həftə hər iki tərəfi danışıqlara qayıtmağa və bundan sonrakı hərbi əməliyyatlardan imtina etməyə çağırıb.

Vaşinqton Cənubi Qafqaza və keçmiş sovet imperiyasının digər dövlətlərinə təsir göstərməyə çoxdan cəhd göstərir. Eyni zamanda, Avropa İttifaqı sülh sazişinin bağlanması üzrə səylərini davam etdirir. Ermənistan və Azərbaycan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir neçə danışıqlar raundu aparıblar. Bununla yanaşı, Avropanın vəziyyəti onunla mürəkkəbləşib ki, o, Ukraynada müharibə səbəbindən Rusiya idxalı itkisini kompensasiya etməkdən ötrü indi əlavə təbii qaz tədarükü axtarır. İyulun ortalarında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyev ilə saziş imzalamaq üçün Azərbaycanda səfərdə olub. Metyu Mpok Biqqa məqaləsini bu sözlərlə bitirir ki, Lyayen səfər zamanı Azərbaycan “etibarlı, etimada layiq tərəfdaş” olduğunu bəyan edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan İdman Akademiyasında Koventri Universitetinə qəbul olunan tələbələrlə görüş keçirilib

Azərbaycan Kuboku: "Qarabağ" çətin qələbə qazanıb

“Azərbaycan mədəni düşüncəsində yeniləşmənin baniləri” mövzusunda respublika konfransı təşkil ediləcək

AMEA Beynəlxalq Elmi Şuranın Baş Assambleyasının iclasında təmsil olunub

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Azərbaycan badmintonçusu: İstənilən rəqiblə mübarizə apara biləcək gücdəyik

EPF: Ermənistanın ekoloji zəhər saçan müəssisələri barədə rəqəmsal xəritə hazırlanır

Türkiyə Kuboku: "Qalatasaray" qrup mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB

Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər

Moskva əyalətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb

Azərbaycanlı professor Moskva İslam İnstitutunun tələbə və müəllim heyətinə məruzə oxuyub

AQTİ ilə ADA Universiteti əməkdaşlıq edəcək

ADA Universitetinin tələbələri üçün “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib

Millinin baş məşqçisi: Bakıdakı Avropa çempionatı gənc badmintonçularımıza böyük təcrübə qazandıracaq

Britaniya Xarici İşlər Nazirliyi rus diplomatın akkreditasiyasını ləğv edib

Rusiya XİN Bakıdakı “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi ilə bağlı rəsmi Moskvanın nota aldığını təsdiqləyib

AMEA-da professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiya və kitab təqdimatı

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib

Parlament sədri: “Avropa Demokratiyaya Yardım Fondu” Gürcüstanda hansı sahəni maliyyələşdirdiyini dərhal açıqlamalıdır

Azərbaycan badminton millisinin Bakıda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub

Azərbaycan Kuboku: “Zirə” ilk oyunda “Araz-Naxçıvan”a uduzub

İngiltərə Bankı faiz dərəcəsini azaldıb

Eldorado Latın Amerikasında ən böyük sıxlığa malik hava limanı oldu

® “Azercell” Şəkinin qadın sahibkarlarını dəstəkləyir

Azərbaycanda orta aylıq əməkhaqqı 8 faiz artıb

Qəbələdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

BDU-nun nümayəndə heyəti BMT-nin COPUOS Elm və Texnika Altkomitəsinin sessiyasında təmsil olunub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Primorsk-Axtarsk” aerodromuna zərbə endirilməsini təsdiqləyib

Müşahidələr dövründə qeydə alınan ən isti yanvar ayı iqlimşünasları narahat edib

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı fotolayihə həyata keçirilir

Nazirlik: Yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub

XİN: Azərbaycanda “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib

Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili - seminar

Türkiyə Prezidenti 2023-cü il zəlzələlərinin ikinci ildönümü ilə bağlı paylaşım edib

Pakistanda terror aktı nəticəsində üç polis ölüb, beşi yaralanıb

Türkiyədə yaşanan “Əsrin fəlakəti”nin günahsız qurbanlarının xatirəsinə

Qərbi Azərbaycandan olan həndbol hakimi: İnanıram ki, tezliklə yurd həsrətinə son qoyulacaq

Gənc istedad Zərrin Şükürovanın solo konserti və kitabının təqdimatı keçirilib

Mərkəzi Hərbi Poliklinikada simpozium: tibbi elmi araşdırmalar təqdim edilib

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 4-cü iclası keçirilib

İlmə-ilmə yaşayan tarix: Qarabağ xalçaları - REPORTAJ VİDEO

Nazir: 2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir

ADAU ilə “Alkan Consulting Group” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

İcmaəsaslı Təlim Qrupları layihəsi çərçivəsində ölkə üzrə 886 mərkəz fəaliyyət göstərir

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qırğızıstan və Çin arasında 700 milyon dollar dəyərində 19 müqavilə imzalanıb

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarı ziyarət edilib

S.R.Babayevin Azərbaycan Respublikasının maliyyə naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məktəblərdə yeni metodik xidmət strukturu müəyyən edilib

Məşhur futbolçu karyerasını başa vurub

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Naxçıvanda açıq kitabxana yaradılacaq

Nazir: Metodik xidməti olan məktəblərin sayının 96-ya çatdırılması planlaşdırılır

Emin Əmrullayev: Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılması həyata keçirilir

Numan Kurtulmuş: Trampın Qəzza sektoru üzrə planı real olmayan arzudur

Azərbaycanın təhsil müəssisələrində “Məktəblinin dostu” layihəsi genişlənir

İxtisaslaşdırılmış müalicə müəssisəsində fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlim keçirilib

Nazir: Məktəb direktorluğuna namizədlərin fənn bilikləri yoxlanacaq VİDEO

Faktiki hava: bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur

"Qalatasaray" yeni transferini İstanbula gizli gətirib

Özbəkistan Mədəniyyət İnstitutunun səhnəsində Azərbaycan klassiklərinin əsərləri təqdim olunacaq

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

Sorğu: Ukraynanın Aİ və NATO-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir

AQTA: “İlğım” əmtəə nişanlı saxta “Himalay duzu” satışdan geri çağırılıb

Bu il sertifikatlaşdırılma prosesinə cəlb ediləcək yeni fənlərin adları açıqlanıb RƏSMİ VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

Professor: Elektrik enerjisinin ötürülməsində itkilərin qarşısının alınması aktual mövzulardan biri olub

Türkiyəli ekspert: Fransa 1915-ci il hadisələri mövzusu ətrafında fəal şəkildə manipulyasiya edir

Belarus daşqınlardan zərər çəkmiş Keniya sakinlərinə humanitar yardım göndərib

Akademik İsa Həbibbəyli: Fərid Ələkbərli tibb əlyazmalarının tədqiqi məktəbini formalaşdırıb

Rusiyalı mütəxəssis: Berezutski “Sabah”da daha yaxşı nəticələr əldə edəcək

Gəncə Dövlət Milli Dram Teatrı "Bölgə teatrlarının Bakı premyeraları" layihəsində iştirak edib

SOCAR və BƏƏ neft şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Fevralın 6-sı Ümumdünya Mobil Telefondan İmtina Günüdür

Rəqəmsal inkişaf və nəqliyyat naziri Hacıqabulda vətəndaşlarla görüşüb

Vəkilliyə qəbulla bağlı test imtahanına sənəd qəbulu başlanıb

Azərbaycanda fəaliyyət göstərən operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq

Baş Prokurorluqda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan olunub

İrakli Kobaxidze: ABŞ səfirliyi, USAID, NED və digər qurumlar bizə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

Gənclər Kitabxanasında yazıçı Xanım Aydının kitablarının təqdimatı olub

® “Coca-Cola” şirkəti Azərbaycanda 5000 iş yerini dəstəkləyir

Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası yekunlaşır FOTO VİDEO

SOCAR Sloveniya şirkətləri ilə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib

Yüksək dağlıq ərazilərdə qar yağacağı, şaxta olacağı gözlənilir

İsveçin Erebru şəhərində məktəbə silahla hücum edən şəxsin adı məlum olub

Kaxa Kaladze: Xaricdən alınan vəsaitlər inqilabi ssenariyə sərf olunurdu

“Fənərbağça” kubok oyununda zədələnən 3 futbolçunun durumunu açıqlayıb

Deputat: USAID-ə qarşı irəli sürülən ittihamlar çox ciddidir və mütləq araşdırılmalıdır

Rusiya və ABŞ Ukraynada münaqişənin nizamlanması üzrə ilkin təmaslara başlayıb

RF Dövlət Duması xarici vətəndaşların tibbi müayinəsi haqqında təşəbbüslər irəli sürəcək

Rusiyada nəzarətdə olan şəxslərin reyestri tətbiq olunur

AzMİU əməkdaşlarının ixtirası enerji itkisini 80 faizədək azalda bilər

Biləsuvarda “Nəbi Xəzri – 100” adlı ədəbi-bədii gecə keçirilib

Azərbaycanlı UFC döyüşçüsü: Bütün dünyada çoxlu pərəstişkarım var